Zəhra Mirzəbəyova da öz sağlamlığına qovuşur
Böyrək çatışmazlığından əziyyət çəkən Zəhra Mirzəbəyovanın vəziyyəti ilə bağlı aparılan tibbi müayinələr göstərib ki, xəstəyə tezliklə yeni böyrək köçürülməlidir. Aprelin 28-də “Nargis” Fondunun maliyyə dəstəyi ilə Zəhra Mirzəbəyova Türkiyənin İstanbul şəhərinə yola düşərək may ayının 3-də “Gaziosmanpaşa” xəstəxanasında əməliyyat olunmuşdur. Uğurlu böyrək transplantasiyası əməliyyatı keçirən Zəhra Mirzəbəyovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş hesab edilib. Ciddi nəzarət altında saxlanılan xəstənin bərpa müddətinin ardınca məlum olub […]
Sağlamlıq yolunda atılan addımlar
Uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən Eyvaz Əlizadə “Nargis” Fondunun dəstəyi, Mediline Group Assistance-ın vasitəsilə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən klinikaların birində səhhəti üçün zəruri olan 2 müalicə kursundan ilkini başa vurmuşdur.
Yaşından ağır yükü artıq daşımayacaq
Azyaşlı Namiq Zeynalov əziyyət çəkdiyi xroniki böyrək çatışmazlığı ilə əlaqədar “Nargis” Fondunun dəstəyi ilə Türkiyənin İstanbul şəhərində yerləşən “Gaziosmanpaşa” xəstəxanasına yola düşərək, orada əməliyyat olunmuşdur. Uğurlu əməliyyatın ardınca evə buraxılan balaca xəstəmiz bir neçə il həkim nəzarətində olacaq. Oktyabrın 2-də baş tutan uğurlu əməliyyat üçün lazımi vəsaitin qarşılanmasını təmin edən “Nargis” Fondu və “Mediline Group Assistance” MMC assistanlıq xidməti təqdim etdiyi[…]
İlk dəfə səs eşitdi
“Nargis” Fondunun dəstəyilə anadangəlmə eşitmə qüsuru olan Əli Rəhimlinin üzərində Mediline Group Assistance vasitəsilə yola düşdüyü Türkiyənin “Kolan” xəstəxanasında koxlear implantasiya əməliyyatı aparılmışdır. Mayın 18-də Türkiyənin İstanbul şəhərində yerləşən “Kolan” xəstəxanasına yerləşdirilmiş azyaşlı xəstəmiz bir gün sonra mayın 19-da həmin xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyatı uğurla başa çatmış Əli Rəhimlinin sonrakı müayinəsinin ardınca onun qulağına eşitmə cihazı yerləşdirilmişdir. Müalicə üçün lazımi vəsaitin[…]
Artıq o da eşidir
“Nargis” Fondunun dəstəyilə anadangəlmə eşitmə qüsuru olan Murad Muradlının üzərində Mediline Group Assistance vasitəsilə yola düşdüyü Türkiyənin “Kolan” xəstəxanasında koxlear implantasiya əməliyyatı aparılmışdır. Mayın 18-i ilk öncə Türkiyənin İstanbul şəhərində yerləşən “Kolan” xəstəxanasına yerləşdirilmiş azyaşlı xəstəmiz daha sonra həmin xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyatı uğurla başa çatmış Murad Muradlının sonrakı müayinəsinin ardınca onun qulağına eşitmə cihazı yerləşdirilmişdir. Müalicə üçün lazımi vəsaitin[…]




