Mediline Group Assistance
Mediline Group Assistance 2011-ci ildə şəxslərin ölkə xaricində müayinə və müalicələrinin təşkil olunması, həmçinin bu səbəblə Azərbaycana gələn beynəlxalq ziyarətçilərinə medikal, yol kömək və səyahət asistanslığı xidmətləri vermək üzrə quruldu.
Qısa müddət ərzində, müştərilərimizin artan ehtiyacları və ehtiyacları daxilində fəaliyyət sahəsini genişləndirdik. Müştərilərimizin gözləntilərinə verdiyimiz əhəmiyyət bu gün bizi sektorun qabaqcıl qurumuna çevirməktədir.

XİDMƏTLƏRİMİZ
Müştərilərimizin gözləntilərinə verdiyimiz əhəmiyyət bu gün bizi sektorun qabaqcıl qurumuna çevirməktədir.
7 ildən çox müddətə əldə etdiyimiz təcrübə və beynəlxalq partnyorlarımızla qurduğumuz dayanıqlı əlaqələr sayəsində yüksək keyfiyyətli, yenilikçi və interaktiv tibbi assistantlıq xidmətlərimizlə tərəfdaşlarımızın gözləntilərinin xeyli irəlisindəyik.
Həkimlər, tibb bacıları, digər xəstəxana personalı, tibb texniki, sosial müşayiətçilər, tərcüməçilər və bütün növ müşayiət xidmətləri, tərəfimizdən çoxdilli formada təqdim olunur.
Bu xidmətlərə xəstənin müraciət yerindən gedəcəyi son nöqtəyə qədər bütün tibbi və logistik xidmətlərin uğurla icrası daxildir.
Tələbatın hər gün yüksəldiyi səhiyyə turizmi Mediline Group Assistance sayəsində indi daha əlçatandır. İstər ölkəmizdə yaşayanların müxtəlif ölkələrdə müayinə və müalicə olunmaları, istərsə də əcnəbi ölkələrdən öz tibbi ehtiyacları üçün Azərbaycanı seçənlərə ən keyfiyyətli xidmət tərəfimizdən təqdim olunur.

Tibbi xidmət şəbəkəmiz
Türkiyə başda olmaqla dünyanın müxtəlif bölgələrindəki ən inkişaf etmiş tibb müəssisələri ilə dayanıqlı əlaqələrə sahibik. Bu əlaqələr və təcrübəmizlə xəstə, xəstəxana və digər tərəflər arasında sürətli, etibarlı və həll yönümlü yanaşma ilə düzgün bir prosesin şahidi oluruq.
Bizim xəstələrimiz ən yüksək keyfiyyət və ən etibarlı müalicəni almaqla, ödənişlərinin qarşılığını sonuna qədər əldə edə bilirlər.
Abone ol
Yeniliklərdən xəbərdar olmaq üçün abone olun.


